AZ | EN | RU
 
   

 
MƏLUMAT

Aprelin 23 – də Azərbaycan Media Mərkəzində Azərbaycan Jurnalistlər Birliyinin www.ajb.az saytının təqdimat mərasimi keçirilmişdir. Tədbiri açan AJB sədri Elçin Şıxlinski qeyd etmişdir ki, rəhbərlik etdiyi təşkilat altı ay müddətində Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə «Jurnalistlərin peşəkarlığının artırılmasına yardım» layihəsini həyata keçirib. Bu layihə çərçivəsində bir neçə regionda treninqlər keçirilib, AJB – nin saytı yaradılıb.

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun KİV – lərlə iş proqramının koordinatoru Rövşən Bağırov çıxışı zamanı , Fondun bu günə qədər Azərbaycanda medianın inkişafına göstərdiyi hərtərəfli dəstəkdən danışmış, görüələcək işlər barədə məlumat vermişdir.

AJB katibi Ş. Babayev mərasimə toplaşanları saytın strukturu ilə tanış etdikdən sonra, Qazax, Mingəçevir, Quba və Lənkəran rayonlarında region jurnalistləri üçün keçirilən treninqlərdən və bu tədbirlərin jurnalistlərin peşə hazırlıqlarının artırılması sahəsindəki əhəmiyyətindən danışmışdır.

Sonda AJB sədri E.Şıxlinski jurnalistləri bir sıra Qərb ölkələrindəki media qurumlarının iş təcrübəsi ilə tanış etmiş, onları maraqlandıran sualları cavablandırmışdır.